İstanbulda partlayış törədənlər bu ölkələrin vətəndaşı çıxdı: Adlar

30-06-2016, 16:14           

İstanbulun Atatürk Hava Limanında partlayış törədən terrorçuların hansı ölkə vətəndaşları olduğu müəyyənləşib.

“Milliyet”in verdiyi xəbərə görə, terrorçulardan biri Dağıstan sakini olan Rusiya vətəndaşıdır. Digər iki terrorçunun isə Qırğız və Özbəkistan vətəndaşı olduğu məlum olub.

Qeyd edək ki, iyunun 28-də aeroportda törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb. İstanbulda bu gün keçirilən əməliyyat zamanı terror hadisəsi əlaqəsi olan 13 nəfər saxlanılıb. Onlardan 3-ü əcnəbidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru