Türkiyəli komandodan bacısına nişan sürprizi - VİDEO

19-09-2023, 13:14           
Türkiyəli komandodan bacısına nişan sürprizi - VİDEO
Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda keçirilən nişan mərasimi xoş sürpriz və sevinc göz yaşları ilə müşahidə edilib.

Belə ki, üzük taxma mərasimindən əvvəl məclisdə iştirak edən qonaqlara gəlinin hərbi xidmətdə olan qardaşının bacısına ünvanlandığı məktub oxunub.

Bu hadisədən dərhal sonra isə heç kimin gözləmədiyi bir halda nişanı baş tutan qızın komando taborunda xidmət edən qardaşı mərasiminin keçirildiyi ünvana daxil olaraq anasına və bacısına sarılıb.
Hadisə nişan mərasimində iştirak edənlərin alqışları və göz yaşları ilə müşahidə edilib.

Mənbə: İHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru