Türkiyədən Suriyaya kartof ixracatına başlanıldı

15-07-2016, 13:55           
Türkiyədən Suriyaya kartof ixracatına başlanıldı
Türkiyə 2 ildən sonra Suriyaya ilk ixracatını edib. Türkiyənin Hatay vilayətindən Suriyaya ixracat qarşılığında idxala icazə verilib. ANS PRESS-in məlumatına görə, Cilvegözü sərhəd gömrük məntəqəsindən bu gün ilkin olaraq min ton kartof və soğan Suriyaya göndərilib.

Hatayın Reyhanlı rayonunda yerləşən Böyük Yaxınşərq Gömrük İdxal-İxrac şirkətinin sahibi Salih Arslan ixracat icazəsinin Gömrük və Ticarət Nazirliyi tərəfindən verilməsinin bütün Hataylı ticarətçilər üçün sevindirici bir hadisə olduğunu bildirib.

"Nazirliyə etdiyimiz müraciətlərdən sonra müsbət cavab aldıq. Suriyadan pambıq, zirə, paxla idxalına qarşı ölkəmiz də kartof və soğan ixracatına başladı. Yaxın aylarda Suriya tərəfindən gələn tələblərə baxılaraq ixracatı davam etdirəcəyik. Bu imkanı bizə verdiyinə görə Gömrük və Ticarət Nazirliyinə öz təşəkkürümüzü bildirik"-deyə Salih Arslan əlavə edib.

Daha sonra işsizlikdən şikayət edən TIR sürücülərinə də şad xəbəri verən Arslan icazənin verilməsindən sonra TIR-larla nəql edilən məhsulların Cilvegözü Sərhəd Məntəqəsi ilə Suriyanın Bab Al Hava Sərhəd Məntəqəsi arasında olan bölgədə Suriya TIR-larına ötürüləcəyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru