Türkiyədə kütləvi zəhərlənmə:350 nəfər xəstəxanaya yerləşdirildi

21-10-2023, 10:24           
Türkiyədə kütləvi zəhərlənmə:350 nəfər xəstəxanaya yerləşdirildi
Türkiyənin Manisa şəhərində kütləvi zəhərlənmə baş verib.
Məlumata görə, xəstəxanaya yerləşdirilən vətəndaşların yedikləri yeməkdən zəhərləndikləri müəyyən edilib. Müalicə alan 350 nəfərin 321-i evə buraxılıb. Hazırda 29 xəstənin müalicəsi davam etdirilir.
Şəhərin səhiyyə idarəsi hadisə ilə bağlı məlumat yayıb. Qeyd olunub ki, vətəndaşlar iş yerlərində xidmət göstərən qida paylayıcı şirkətin təqdim etdiyi məhsullardan zəhərləniblər.
HaberGlobal












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru