Türkiyənin İzmir vilayətinin Buca ilçəsində 3,9 bal gücündə zəlzələ olub. Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb. Zəlzələnin 9,23 km dərinlikdə meydana gəldiyi bildirilib. Dağıntı və tələfat barədə məlumat verilmir.