Türkiyəli fenomen 100 milyonluq dələduzluğu necə edib? – ŞOK FAKTLAR

22-10-2023, 08:34           
Türkiyəli fenomen 100 milyonluq dələduzluğu necə edib? – ŞOK FAKTLAR
Türkiyədə insanları aldadaraq onlardan 100 milyon lirə (təxminən 6 milyon 70 min AZN) pul yığan fenomen Kıvanç Talu ilə bağlı şok iddialar ortaya çıxıb.

Arvadı Beril Talu ilə birləşərk dələduzluq edən Kıvançın səs yazısı yayılıb.

Cütlüyün orta məktəb yoldaşları və yaxınlarının hər birindən 1-2 milyon lirə məbləğində pul aldığı məlum olub.

Onlar evlərində çalışan xadimənin avtomobilini də satdırıblar. Fenomenin sürücüsü də onun dələduzluğunun qurbanı olub.

Qeyd edək ki, Türkiyədə “Var Böyle Tipler” instaqram səhifəsi ilə məşhurlaşan fenomen Kıvanç həyat yoldaşı Beril Talu ilə insanlardan külli miqdarda pul toplayaraq ölkədən qaçIb.

Onlar həmin şəxslərə böyük reklam layihəsi həyata keçirəcəklərini və bura qoyulan pullarının yüksək faizlə yenidən sahibinə qayıdacağını deyiblər.

Daha sonra yığdıqları 100 milyon lirə (təxminən 6 milyon 70 min AZN) pul götürərək aradan çıxıblar. Onlar hazırda Portuqaliyadadırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru