Qazaxıstanlı “Qaçaq Nəbi”: nazir ölkədə lüks vergisinin tətbiq olunmasını təklif edir

28-10-2023, 10:54           
Qazaxıstanlı “Qaçaq Nəbi”:
Bu ölkədə fiziki şəxsin bütün obyektlərinin dəyəri 130 min şərti maliyyə vahidindən çox olarsa, yüksək vergi dərəcələrinin müəyyən edilməsi təklif olunur.
Qazaxıstanda aktivləri 480 milyon tengedən (1 milyon dollardan çox) çox olan vətəndaşlar üçün lüks vergisinin tətbiq edilməsi təklif edilir. Sputnik Qazaxıstan xəbər verir ki, bu təklifi respublika Senatında keçirilən brifinqdə Milli İqtisadiyyat Nazirliyinin rəhbəri Alibek Kuantırov səsləndirib.

Təngə, arxiv
© inszyby.com
Nazir hesab edir ki, illik maaşı 40 milyon tengedən (84,4 min dollar) yuxarı olan vətəndaşlar da daha çox ödəniş etməlidirlər.
Həmçinin kreditlə alınan əmlak da lüks vergiyə cəlb olunacaq.
Kuantarov bildirib ki, fiziki şəxsin bütün obyektlərinin dəyəri ölkədəki şərti maliyyə vahidindən 130 min dəfə çox olarsa, yüksək vergi dərəcələrinin müəyyən edilməsi təklif olunur.
Qeyd edək ki, 2024-cü ildə Qazaxıstanda şərti maliyyə vahidi (Qazaxıstanda pensiya, müavinət və digər sosial ödənişlərin hesablanması üçün istifadə olunan aylıq hesablama göstəricisi – red.) 3692 təngə (təxminən 8 dollar) təşkil edəcək.
"İnsanın necə əldə etməsi, borc götürməsi və ya kredit götürməsinin əhəmiyyəti yoxdur. Əsas odur ki, o, bu və ya digər daşınar və ya daşınmaz əmlakın qeydiyyat rüsumunu ödəsin. Məsələn, əgər bir adam 200 min dollarlıq maşın alırsa və bunun üçün qismən krediti götürürsə, zəhmət şəksin, lüks vergisini ödəsin", - nazir qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.