SON DƏQİQƏ: İsrail diplomatlarını Türkiyədən çıxarır
28-10-2023, 21:30
“Türkiyənin sərt bəyanatları fonunda mən İsrail-Türkiyə münasibətlərinə yenidən baxılması üçün Türkiyədən diplomatik nümayəndələrin geri qaytarılmasını əmr etdim”.
Bunu İsrailin xarici işlər naziri Eli Kohen deyib.
Qeyd edək ki, İstanbulda keçirilən Böyük Fələstin Mitinqində Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin müharibə cinayətkarı elan ediləcəyini açıqlamışdı.