Azərbaycan Türkiyə - İsrail münasibətlərini yenidən bərpa edə bilərmi?

4-11-2023, 09:08           
Azərbaycan Türkiyə - İsrail münasibətlərini yenidən bərpa edə bilərmi?
Ravvin: “Tayyib Ərdoğanla İlham Əliyev qardaş kimidir”
İsrailin keçmiş rabitə naziri (2017-2019) Ayub Kara Azərbaycanla xoş münasibətdə olan siyasətçidir. Əslən durus olan Ayub Kara 2 dəfə Azərbaycanda olub. Qafqazın Xirosiması kimi tanınan Ağdamı ziyarət edib. Səfər təəssüratları ilə bağlı o, belə yazmışdı: “Orada gördüklərim mənə I Livan müharibəsi zamanı şahidi olduğum dəhşətli vəziyyəti xatırlatdı. Əslində, Qarabağda gördüklərim Livanda gördüklərimdən də pis idi”. O, Xocalıda ermənilərin törətdiyi cinayəti soyqırım kimi təsbit edib.
Ayub Kara İsrail Türkiyə münasibətlərinin normallaşması üçün də böyük işlər görüb.
O, ABŞ-da fəaliyyət göstərən və yerli yəhudilərə bağlı “jns.org” saytında “Can Azerbaijan once again help mend Turkish-Israeli ties?” (Azərbaycan Türkiyə-İsrail əlaqələrinin bərpasına bir daha kömək edə bilərmi?) adlı məqalə ilə çıxış edib.
Məqalədə deyilir ki, Türkiyədə antisemitizm artmaqdadır. İstanbul Universitetinin yanındakı bir kitab mağazasında girişə “Yəhudilərə icazə verilmir” yazılmış lövhə vurulub. İzmirdə sinaqoqda “qatil İsrail” yazılmış şüarlar asılıb. Hazırda Türkiyədə bir çox taksi sürücüsünün israillilərə xidmət etmək istəmədiyi barədə məlumatlar var...
Yazının davamını aşağıdakı saytlardan oxuya bilərsiz...
Elbeyi Hesenli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.