Türkiyə Superliqası: “Qalatasaray” iki qolla üç xal qazandı - VİDEO

4-11-2023, 08:35           
Türkiyə Superliqası: “Qalatasaray” iki qolla üç xal qazandı - VİDEO
Türkiyə Superliqasının 11-ci turunda Beyoğlu derbisi baş tutub. “Qalatasaray” öz meydanında “Kasımpaşa”nı minimal hesabla məğlub edib.

Oxu.Az xəbər verir ki, Ali Sami Yen Stadionunda keçirilən matç afrikalı Vilfrid Zahanın dublu ilə yadda qalıb.

Belə ki, 33-cü dəqiqədə “Qalatasaray” Zahanın sayəsində bərabərliyi pozub. Birinci hissədə başqa qol olmayıb. 51-ci dəqiqədə “sarı-qırmızılar” hesabdakı fərqi artırıblar: Zaha növbəti qola imza atıb. Cəmi 3 dəqiqə sonra “Kasımpaşa” “Qalatasaray”ın üstünlüyünü azaltsa da, matçda başqa qol olmayıb. Beləliklə, Beyoğlu derbisi “Cimbom”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 11 oyundan sonra “Qalatasaray” ən azı müvəqqəti də olsa, turnir cədvəlinin zirvəsinə yüksəlib. “Sarı-qırmızılar”ın aktivində 31 xal var. Onların ən yaxın təqibçisi 1 xal fərqlə “Fənərbağça”dır, lakin “Cimbom”un əzəli rəqibinin ehtiyatında bir oyun var. “Kasımpaşa” isə 11 oyundan sonra 18 xalla 5-ci pillədə qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru