Türkiyədə leysan yağışlar selə yol açıb, 2 nəfər ölüb
5-11-2023, 12:49
Türkiyədə leysan yağışlar insan tələfatına səbəb olub.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, gecə yarası Aydının Söke rayonunun Bağarası yaşayış məntəqəsi və ətrafında başlayan leysan yağışların yol açdığı seldə iki nəfər boğulub.
İtkin düşən iki nəfərin axtarışları isə davam edir.