27 GENERALA İTTİHAM VERİLDİ – “Ordu İmamı”nın gizli təlimatı ifşa oldu

18-07-2016, 23:20           

2-ci Ordu komandanı ordu generalı Adəm Huduti, 2-ci Ordu Qərargah rəisi və Malatya Qarnizon Komandanı general-leytenant Avni Anqun ilə “7-ci Ana Jet Üs” komandanı general-mayor Emin Ayıq həbs olundu. “AzPolitika.info”nun məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) hərbi çevrilişə cəhd etməsi ilə bağlı istintaq çərçivəsində saxlanılan keçmiş HHQ komandanı Akın Öztürkün də aralarında olduğu 27 general və admiral həbs olunma tələbi ilə növbətçi sülh cəza məhkəməsinə göndərilib.

Çevrilişə cəhdin ardından saxlanılan və Ankara Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən bu gün prokurorluğa gətirilən şübhəlilərin ifadələrinin alınması tamamlanıb.

1468849181945

Konstitusion Quruluşa Qarşı İşlənən Cinayətlərin İstintaqı Bürosunda səlahiyyətli Cümhuriyyət prokurorları tərəfindən ifadələri alınan bütün şübhəlilərin Türk Cəza Qanununun 309-cu maddəsindəki “Konstitusiyanı pozma”, 310-cu maddəsindəki “prezidentə suiqəsd”, 311-ci maddəsindəki “qanunvericilik orqanına qarşı cinayət”, 312-ci maddəsindəki “hökumətə qarşı cinayət”, 314-cü maddəsindəki “silahlı təşkilat qurmaq və idarə etmək” ilə 82-ci maddəsindəki “adam öldürmək” cinayətlərindən həbs olunmaları tələbi ilə növbətçi sülh cəza məhkəməsinə göndərilib.

“AzPolitika.info”nun məlumatına görə, FETÖ-yə mənsub qiyamçı zabitlərə təşkilatın “Ordu İmamı”ndan gizli bir təlimat verildiyi də ortaya çıxıb. Belə ki, “Ordu İmamı” çevriliş cəhdi uğursuz olarsa, bütün mənsublarına çevriliş zamanı açığa çıxmayan FETÖ-çü üzvlərinin adını gizli saxlamağı tapşırıb. Onlara FETÖ-çü zabitlərin qorunması, əvəzində təşkilatla bağlı olmayanların hədəf göstərilməsi tapşırılıb. Bu təlimat ələ keçirildiyindən istintaqda nəzərə alınır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.