Türkiyədə rus hərbi təyyarəsini vuran 2 pilot həbs edilib
19-07-2016, 10:22
Türkiyədə Rusiyaya məxsus Su-24 hərbi təyyarəsini vuran iki pilot həbs edilib.
"Bloomberg" agentliyinin xəbərinə görə, bu barədə Türkiyə hökumətindəki yüksək rütbəli mənbə bildirib.
Xatırladaq ki, Türkiyə Hərbi-Hava Qüvvələri 2015-ci il, noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiyanın “Su-24” bombardmançı təyyarəsini vurub.