Türkiyənin kəşfiyyat idarəsi — Milli İstihbarat Təşkilatı (MİT) ölkədə baş tutmamış hərbi çevriliş cəhdinin təfərrüatlarını açıqlayıb. Virtualaz.org «Milliyet» qəzetinə istinadən xəbər verir ki, qiyam iyulun 16-na keçən gecə saat 3-də başlamalı imiş. Lakin qiyam planının üstü açıldığı üçün çevriliş planlaşdırıldığından bir neçə saat əvvəl başlamalı olub.