Türkiyədə fabrikdə partlayış olub - 13 nəfər yaralanıb 9-11-2023, 00:05 Türkiyənin Hatay şəhərinin İskenderun rayonunda dəmir-polad fabrikində baş verən partlayışda 13 işçi yaralanıb.“Report” DHA-ya istinadən xəbər verir ki, yaralılardan 2-sinin durumu ağırdır.Qeyd olunub ki, zərərçəkmişlərdən 9-u İskenderun Dövlət Xəstəxanasına, 4-ü Dördyol Dövlət Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş