Türkiyədə güclü zəlzələ olub

9-11-2023, 08:26           
Türkiyədə güclü zəlzələ olub
Türkiyənin Hatay şəhərində 4,9 maqnitudalı zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 8,28 km dərinlikdə olub. Təbiət hadisəsi 05:32-də (Bakı vaxtı ilə 06:32-də) qeydə alınıb. Gaziantep, Adana, Osmaniye və digər yaxın bölgələrdə də zəlzələ hiss olunub.
İtkilər və ya dağıntı barədə hələlik məlumat yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.