Ərdoğan Sisi ilə Qəzzanı müzakirə etdi 12-11-2023, 07:14 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşüb.Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.Görüş Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə Zirvə Toplantısı çərçivəsində baş tutub.Liderlər Qəzzadakı vəziyyəti müzakirə ediblər.Ərdoğan Qəzzaya humanitar yardım və səhiyyə xidmətlərinin çatdırılması üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb. Facebook-da paylaş