Generalların ifadəsi yayıldı: - “Çevrilişin səbəbkarı...”

20-07-2016, 18:40           
Generalların ifadəsi yayıldı: - “Çevrilişin səbəbkarı...”
Türkiyədə iyulun 15-də baş verən hərbi çevrilişə cəhdə görə tutulan generallardan 4-ünün ifadəsi üzə çıxıb.

Axar.az xəbər verir ki, Türkiyə Quru Qoşunlarının generalı Əhməd Bircan ifadəsində vətəndaşların küçələrə çıxmasını və FETÖ-çular arasında birliyin olmadığını gördükdən sonra təslim olduğunu bildirib.

Dəniz Qüvvələri Komandanlığının Kəşfiyyat Dairə başqanı Murad Şirzai hadisənin səbəbkarı kimi Fətullah Güləni göstərib. O, Fətullah Gülən tərəfdarı olmadığını da sözlərinə əlavə edib.

Dəniz Qüvvələri komandiri Hasan Kılıçın fikrincə, hərbi çevriliş ordu generalı Akın Öztürk və onun dəstəsi tərəfindən həyata keçirilib. O bu qrupla heç bir əlaqəsinin olmadığını da deyib.

Hava Qüvvələri Komandanlığının generalı Rəcəb Sami Özatak da hadisələrdə Fətullah Gülənin əli olduğuna şübhə etmədiyini açıqlayıb.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə bir qrup hərbçi tərəfindən dövlət çevrilişinə cəhd edilsə də, onun qarşısı alınıb. Hadisədən sonra ölkədə 100-dən çox general həbs olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru