Türkiyə kəşfiyyatı azyaşlı uşaqları terror təşkilatına cəlb edən PKK qadın üzvünü zərərsizləşdirdi - FOTO

21-11-2023, 12:24           
Türkiyə kəşfiyyatı azyaşlı uşaqları terror təşkilatına cəlb edən PKK qadın üzvünü zərərsizləşdirdi - FOTO
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının məsul şəxslərindən olan Gülsüme Doğanı zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatından məlumat verilib.

PKK/KCK adına xərac toplayan və təşkilatı kadrla təmin edən “Jiyan Mardin” kod adlı Gülsüme Doğan İraqın şimalında Süleymaniyyə şəhərində zərərsizləşdirilib.

Gülsüme Doğan PKK/KCK-nın Süleymaniyyə və ətraf şəhərlərdə sosial sahə üzrə məsul şəxsi kimi fəaliyyət göstərib.

O, 2006-cı ildə PKK/KCK-nın heyətinə qatılıb. Gülsüme Doğanın təşkilatın yüksək səviyyəli rəhbərləri ilə yaxın təmasda olduğu, aldığı təlimatlar üzrə bölgə əhalisindən vergi adı altında zorla xərac topladığı və bu vəsaitlərdən də Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçirəcək kadrların təminatı üçün istifadə etdiyi, təşkilata logistik dəstək verdiyi müəyyən edilib.
PKK/KCK-nın yüksək səviyyəli rəhbərləri Gülsüme Doğana təşkilata yeni döyüşçülərin cəlb edilməsi üçün təlimat veriblər. Terrorçu bu təlimata əsasən, döyüşçülərin toplanması çərçivəsində yetkinlik yaşına çatmayan uşaqların da təşkilata cəlb edilməsi üçün səy göstərib.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı Gülsüme Doğanın zərərsizləşdirilməsi üçün xüsusi təlim keçmiş agentlərindən istifadə edib. Bölgə agentlərinin fəaliyyəti nəticəsində terrorçunun yeri aşkarlanıb və onu müşayiət edən digər terrorçularla birlikdə zərərsizləşdirilib.



Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru