Ərdoğandan şok ittiham – “Zamanında doğru istihbarat olsaydı…”

21-07-2016, 09:58           
Ərdoğandan şok ittiham – “Zamanında doğru istihbarat olsaydı…”
Prezident hərbi çevriliş cəhdini yeznəsindən öyrənibmiş

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul gecəsi Türkiyədə baş verən hərbi çevriliş cəhdi barədə ilk xəbəri öz yeznəsindən öyrənibmiş. Bu barədə prezident özü Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.
Ərdoğan deyib ki, qiyamçılar onun ətraf aləmlə bütün telekommunikasiya vasitələrini kəsiblərmiş və o, demək olar ki, tam təcrid olunubmuş. Belə bir vaxtda ona bacısının əri məlumat ötürə bilib.

Prezident hərbi şevriliş cəhdi zamanı kəşfiyyat və əməliyyat məlumatları sarıdan zəif nöqtələrinin olduğunu etiraf edib: “Zamanında doğru istihbarat (kəşfiyyat məlumatları) olsaydı, bunun qarşısını alardıq”.
Qeyd edək ki, Ərdoğan həmin gecə Dalamanda oteldə istirahətdə olub. Onun hərbi yavəri Əli Yaızıçının və digər yavərlərinin qiyamçı generallarla əlbir olduğunu nəzərə alsaq, prezidenti təcrid etmək qiyamçılar üçün çətin olmayıb.
Ancaq ilk xəbəri alan Ərdoğan təcili şəkildə oteldən ayrılaraq İstanbula yola düşüb, xalqa müraciət edib, polis təşkilatını, təhlükəsizlik xidmətini ayağa qaldırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.