Nə ürək əməliyyatı, nə də xərçəng onu dayandırdı: 63 yaşlı kişi atletika üzrə Türkiyə rekordunu qırdı

4-03-2024, 17:14           
Nə ürək əməliyyatı, nə də xərçəng onu dayandırdı: 63 yaşlı kişi atletika üzrə Türkiyə rekordunu qırdı
İzmirdə təqaüdə çıxdıqdan sonra hobbi olaraq qatıldığı qaçış üzrə yarışlarda çoxlu medallar qazanan 63 yaşlı Murat Sağlam keçirdiyi açıq ürək və prostat xərçəngi əməliyyatlarına baxmayaraq təslim olmayıb.

O, Atletika üzrə Türkiyə Masters Çempionatında öz yaş qrupunda ölkə rekordu qırıb.

Sağlam komanda yoldaşları Mücteba Apaydın, Mustafa Hancıoğlu və Abdullah Sevinç ilə 4x200 metr estafet yarışında 1:59.34 nəticə ilə birinci olub. Fərdi yarışda isə o, 60 metr məsafəyə qaçışda ölkə ikincisi, 200 metr məsafəyə qaçışda isə Türkiyə üçüncüsü olmağı bacarıb.

Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.