Türkiyədə hərbi helikopter məcburi eniş etdi - Yaralı var

6-03-2024, 11:04           
Türkiyədə hərbi helikopter məcburi eniş etdi - Yaralı var
Türkiyə Silahlı Qüvvələrinə (SQ) məxsus helikopter İzmirin qərb əyalətlərindən birində məcburi eniş edib.

Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər verir ki, Çiğli ərazisindəki hərbi bazadan havaya qalxan helikopter baş vermiş texniki nasazlıqlar ucbatından eniş etməli olub.

Bir hərbi qulluqçunun yaralanması ilə bağlı məlumat verilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.