Antalyada baş verən güclü tornadonun görüntüləri yayıldı - FOTO/VİDEO

7-03-2024, 15:14           
Antalyada baş verən güclü tornadonun görüntüləri yayıldı - FOTO/VİDEO
Türkiyənin Antalya şəhərində baş verən güclü tornadonun görüntüləri yayılıb.

Daha əvvəl “narıncı kod” xəbərdarlığı edilən şəhərdə leysan və fırtına həyatı iflic edib. Kumluca rayonunda isə tornado nəticəsində altı nəfər xəsarət alıb.

Yollardakı gölməçələr səbəbindən nəqliyyatda fasilələr yaranıb.

Şəhərin mərkəzindəki bəzi məhəllələrdə evləri və iş yerlərini su basıb. Bəzi yeraltı keçidlərdə gölməçələr əmələ gəlib və avtomobillər çıxılmaz vəziyyətdə qalıblar.






Mənbə: TRT Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru