Türkiyə xarici işlər naziri Hakan Fidanın Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşündə bir çox mühüm nüanslara toxunub.
"Cebhe.info" xəbər verir ki, o, ABŞ-ni PKK ilə əlaqələrini kəsməyə çağırıb.
Nazir Türkiyənin Suriyadakı terror təşkilatlarına qarşı mübarizə əzmini vurğuyıb, habelə ABŞ-nin müttəfiqlik ruhuna uyğun hərəkət etməli və terror təşkilatı PKK-nın uzantıları ilə əlaqələrini kəsməli olduğu qeyd edib.
Həmçinin, görüş zamanı Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin dəstəkləndiyi, burada əldə olunacaq irəliləyişlərin Qafqazın rifahı üçün həlledici olacağı bildirilib.