İstanbulda cinayətkar qruplara qarşı əməliyyat keçirilib -27 NƏFƏR SAXLANILIB

9-03-2024, 11:48           
İstanbulda cinayətkar qruplara qarşı əməliyyat keçirilib -27 NƏFƏR SAXLANILIB
İstanbulda mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirilib, 27 nəfər saxlanılıb.

Türkiyə mətbuatı xəbər verir ki, İstanbulda keçirilən “Mahzen-7” əməliyyatlarında “Memocan” ləqəbli Muhammed Urayın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

Keçirilən əməliyyatlar zamanı qrup rəhbəri də daxil olmaqla, mütəşəkkil cinayətkar dəstənin üzvü olan 27 şübhəli yaxalanıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında bu barədə məlumat paylaşıb və qeyd edib ki, ölkəni mütəşəkkil cinayətkar qruplardan təmizləməkdə qərarlıdırlar. Bildirilib ki, istənilən ölçüdə mütəşəkkil cinayətkar təşkilatlar sıradan çıxarılaraq, məsuliyyətə cəlb ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru