Türkiyədə daha bir mafiya çökdürüldü

9-03-2024, 15:18           
Türkiyədə daha bir mafiya çökdürüldü
İstanbulda keçirilən "MAHZEN-7” əməliyyatlarında lideri "Memocan” ləqəbli Məhəmməd Urayın olduğu mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

Bu barədə "X” hesabında Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

O qeyd edib ki, əməliyyat çərçivəsində cinayətkar təşkilatın lideri də daxil olmaqla dəstənin 27 üzvü şübhəli şəxs qismində saxlanılıb: "İstəyirəm ki, əziz millətimiz bunu bilsin. Biz ölkəmizi mütəşəkkil cinayətkar qruplardan və dəstələrdən təmizləməkdə qərarlıyıq. Hansı böyüklükdə olursa-olsun, mütəşəkkil cinayətkar təşkilatları zərərsizləşdirərək onları məhkəmə qarşısına çıxaracağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru