“F-16” qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb

10-03-2024, 09:59           
“F-16” qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb
“F-16” qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb.

Bu barədə ABŞ-də səfərdə olan Türkiyənin Xarici işlər naziri Hakan Fidan Vaşinqtonda türkiyəli jurnalistlərlə görüşündə deyib.

O, ABŞ hakimiyyətinin bu məsələ ilə bağlı fikir ortaya qoyduğunu bildirib. “Konqres bu məsələ ilə bağlı məlumatlandırılıb. Texniki məsələlərin həllindən sonra müdafiə nazirləri və aidiyyəti qurumlar gələcək məsələlərin müzakirəsini davam etdirəcək”, - deyə Fidan qeyd edib.

Nazir, həmçinin “F-35” qırıcıları ilə də bağlı prosesin davam etdiyini vurğulayıb.
“Türkiyə-ABŞ münasibətləri problemləri həll etməyə imkan verir”, - deyə Hakan Fidan əlavə edib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru