"Fənərbağça" liqada qalmayacaq: Ali Koç 3 seçimi açıqladı

28-03-2024, 15:37           
"Fənərbağça" liqada qalmayacaq: Ali Koç 3 seçimi açıqladı
Jurnalistlərlə görüşən "Fənərbaxça"nın prezidenti Ali Koç təəccüblü açıqlamalar verib.

TEREF xəbər verir ki, türkiyəli funksioner qarşılarında 3 variant olduğunu bildirib.

O, bütün sponsor şirkətlərlə görüşdüklərini və klubun izləyəcəyi strategiya ilə bağlı razılıq aldıqlarını bildirib. Prezident kreditlərlə bağlı banklarla görüşəcəklərini bildirib:
"Biz anormallığı normallaşdırdığımız üçün bu yerə qədər gəlmişik. Aprelin 2-də konqres üzvlərimizlə bütün imkanları müzakirə edəcəyik. Qarşımızda üç seçim var: "pis, daha pis və ən pis.

1- Aşağı liqaya düşmək.
2- Futbol fəaliyyətlərini bir müddət dayandırmaq.
3- Xaricdə komanda almaq.
Seçimlərin konqresdə dəqiqləşdiriləcəyini bildirən Ali Koç, “Hansını indi edəcəyimizi dəqiq deyə bilmərəm, amma heç bir şey olmamış kimi davranmayacağımıza zəmanət verirəm” dedi. / Offsideplus.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru