Ərdoğanı tənqid edən XİN başçısına SƏRT CAVAB: Utanmalı olan sizsiniz

21-04-2024, 09:04           
Ərdoğanı tənqid edən XİN başçısına SƏRT CAVAB:
Ankara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS-ın Siyasi Bürosunun başçısı İsmayıl Həniyə ilə görüşünü tənqid etmiş İsrailin XİN başçısı İsrael Katsa cavab verib.
TEREF “Report”a istinadla xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçelinin müvafiq məsələ ilə bağlı şərhində bildirilib.
“Utanmalı olan çoxu uşaq və qadın olmaqla 35 minə yaxın fələstinlini qətl yetirmiş israilli rəsmilərdir. İsrail hökuməti üzvlərinin gündəmi dəyişdirmə cəhdləri nəticə verməyəcək”, – Keçeli deyib.
Onun sözlərinə görə, Ankaranın prioriteti “Qəzzada qətliama son qoyulmasının təmin edilməsi və Fələstin Dövlətinin qurularaq regionumuzda daimi sülhün bərqərar edilməsidir”.
“Bu istiqamətdə işlərə və İsrailin törətdiyi cinayətlərlə bağlı həqiqətləri dilə gətirməyə davam edəcəyik”, – sözçü vurğulayıb.
Xatırladaq ki, aprelin 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS təşkilatının Siyasi Bürosunun başçısı İsmayıl Həniyə ilə görüşüb. İsrail XİN başçısı Ərdoğanın bu qərarını sərt tənqid edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru