Türkiyəli idmançı: "Əlimi cibimə qoyaraq atəş açmağımın artistliklə heç bir əlaqəsi yoxdur"

2-08-2024, 09:27           
Türkiyəli idmançı: "Əlimi cibimə qoyaraq atəş açmağımın artistliklə heç bir əlaqəsi yoxdur"
Fransada keçirilən Yay Olimpiya Oyunlarında pnevmatik tapança ilə atəşaçma yarışının finalına yüksələrək gümüş medal qazanan Türkiyəli idmançı Yusif Dikeçi qazandığı uğurun sirrini paylaşıb.

Oxu.Az xəbər verir ki, 51 yaşlı türkiyəli idmançı "Radyo Gol" saytına mövzu ilə bağlı açıqlamasında söyləyib ki, o, hər iki gözü ilə sərrast atəş açmağı bacarır.

"Mən hər iki gözlə atəş açıram, əksər atıcılar bunu bir gözlə edir. İki gözlə atəş açmaq, məncə, daha yaxşıdır. Bunun üzərində çox araşdırma aparmışam, ona görə də avadanlığa ehtiyacım yox idi", - deyə o bildirib.

Yusif Dikeçi əli cibində atəş açmağına da toxunub:

"Əlimi cibimə qoyaraq atəş açmağımın artistliklə heç bir əlaqəsi yoxdur. Mən bu zaman daha motivasiyalı oluram və özümü daha rahat hiss edirəm. Əslində bu, bədənin tarazlığını təmin etmək və diqqətimi cəmləşdirmək üçündür", - deyə Yusif Dikeçi açıqlamasında vurğulayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru