Ərdəbildə İnstagram adminləri rəsmilər haqqında yalan məlumat yaydıqları iddiası ilə həbs edilib

6-08-2024, 09:14           
Ərdəbildə İnstagram adminləri rəsmilər haqqında yalan məlumat yaydıqları iddiası ilə həbs edilib
İranın Muğan bölgəsində iki sosial media admini dövlət qurumları haqqında paylaşımlara görə nəzarət altına alınıblar.

Yarı-rəsmi İSNA agentliyi bu barədə Ərdəbil vilayəti Parsabad şəhərinin prokurorluğuna istinadən məlumat yayıb.

Parsabadın ümumi və inqilab prokuroru Firuz Fərhani adminlərin kiberməkanda yürüdülən monitorinq zamanı müəyyən olunduqlarını bildirib.

Prokurorun sözlərinə görə, adminlər “yalan və böhtan yayaraq ictimai rəydə təşviş yaratmaq” ittihamı ilə saxlanılıb.
“Bu iki şəxs öz İnstagram səhifələrində şəhərin müdirlərindən birinə qarşı yalan məlumat və böhtan yaydıqlarına görə tutulub və həbsxanaya göndəriliblər”, Fərhani qeyd edib.

Nəzarət altına alınan sosial media adminlərinin İnstagramda “minlərlə təqibçisi olan” iki ayrı səhifəni idarə etdikləri bildirilib.

Prokuror həmçinin “toplumun psixi təhlükəsizliyini pozanlar və yalan məlumat yayanlara qarşı kəskin və təcili tədbirlər görüləcəyini” önə çəkərək sosial mediada paylaşım edənlərə xəbərdarlıq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru