Ərdoğanın İsrailə qarşı təhdidləri bölgədə gərginliyi artırır
7-08-2024, 12:04

İsrail və İran arasında gərginlik artdıqca, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəzzaya müdaxilə etmək təhdidlərinin bölgədə vəziyyəti daha da pisləşdirə biləcəyi ilə bağlı xəbərdarlıqlara səbəb olur.
Ötən həftənin şənbə günü Türkiyə boyu on minlərlə insan İsrailin HƏMAS-a qarşı müharibəsinə etiraz aksiyası keçirib.
Etirazlar Türkiyədə Qəzza müharibəsi ilə bağlı artan gərginliyin son əlaməti idi və bəzi müşahidəçilərin fikrincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cəmi bir neçə gün əvvəl verdiyi açıqlamalar bu ritorikanı daha da alovlandırıb: "Biz çox güclü olmalıyıq ki, İsrail Fələstinə qarşı bu çirkin işləri görməsin. Qarabağa girdiyimiz kimi, Liviyaya girdiyimiz kimi İsraildə də buna bənzər bir şey edə bilərik. Etməməyimiz üçün heç bir səbəb yoxdur".
HƏMAS lideri İsmayıl Haniyənin sui-qəsd nəticəsində öldülürməsi səbəbindən Türkiyədə elan edilən Ümummilli Matəm Günü bayraqlar yarıya endirilib. İsrailli analitiklər deyirlər ki, Ərdoğanın hərbi təhdidləri şiddətli söz savaşını yeni səviyyəyə qaldırır.
Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu Qallia Lindenstrauss deyir ki,"Hərbi təhdid ritorikasından istifadə hesab edirəm ki, bu, gözardı edə bilməyəcəyiniz bir şeydir. Bəli, bir çox analitik bunun sabah baş verməyəcəyini deyir. Amma bunları idda etdikdən sonra orduya rəhbərlik edənlər hazırlıq görməlidir. Və belə hazırlıqlara başladıqdan sonra planlar qurulacaq və sonra onları gələcəkdə əsaslandırmaq lazımdır. Sonra deməlisən ki, qarşı tərəf təhdid edir və cür düşmənçik ritorkası düşünürəm ki, təhlükəlidir".
Lakin bəziləri deyir ki, Ərdoğanın qızışdırıcı ritorikası daha çox Türkiyə liderinin millətçi mühafizəkar seçici bazasını gücləndirmək cəhdi və Yaxın Şərq müharibəsini həll etmək səylərinin Qətər və Misir kimi ölkələr tərəfindən üstələnməsinin onda yaratdığı qəzəblə bağlıdır.
London İqtisadiyyat Məktəbindən Selin Nasi: "Anti-İsrail ritorikası Ankaranın Qəzzada atəşkəsə nail olmaq və müharibədən sonra Qəzzada yenidənqurma layihəsini planlaşdırmaq üçün diplomatik proseslərdən kənarlaşdırıldığı üçün artan məyusluğu əks etdirir".
Digər tərəfdən Çin bu yaxınlarda Fələstin liderlərini qəbul edərək, Ərdoğanın diplomatik prosesdə əsas oyunçu kimi görünmək səylərinə daha bir zərbə vurub.
Türkiyə prezidenti məyusluğunu açıq şəkildə ifadə edərək, Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasdan Türkiyə parlamentində çıxış etmək dəvətini qəbul etmədiyinə görə üzr istəməsini tələb edib.
Ankaranın İsrailə qarşı ticarət embarqosu tətbiq etməsi və söz savaşının şiddətlənməsi ilə analitiklər xəbərdarlıq edir ki, ölkələr indi daha təhlükəli kursa doğru irəliləyir.
Qallia Lindenstrauss: "Artıq (Türkiyə və İsrail) liderlərin təhlükəli istiqamətlərə getməsinə mane olacaq heç nə qalmayıb və mülki sahədə təhdid üçün başqa heç bir şey qalmayandan sonra hərbi sahəyə keçirsən və bu, təhlükəlidir".
Münaqişə Livana və ola bilsin ki, İrana qədər genişləndikcə, analitiklər xəbərdarlıq edirlər ki, Ərdoğan İsrailə qarşı ritorikasını daha da sərtləşdirmək və münaqişəni daha da genişləndirmək üçün daha çox imkanlar tapa bilər.