Türkiyədə sərnişin avtobusu körpüyə çırpılıb, 11 nəfər ölüb 9-08-2024, 12:46 Türkiyədə Ankara-Əskişəhər yolunda sərnişin avtobusu körpü dirəyinə çırpılıb.APA NTV-yə istinadən bildirir ki, hadisə nəticəsində 11 nəfər ölüb, 26 yaralı var.Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib.İlkin ehtimala görə, qəza sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Facebook-da paylaş