DİGƏR BİR ETRUSK GÜZGÜSÜNÜN ARXASINDAKI ŞƏKİL
1-10-2024, 15:07
DİGƏR BİR ETRUSK F~XANASI BARADƏ
Şəkil güzgüarxasındakı eskizin kopiyası olduğundan, yazıları pis düşüb, oxumaq müşgüldür. Bununla belə, aşağıda "şəkil qalereyasında" sağda təqdim etdiyim qadın başları arasındakı yazıları oxumaq üçün onu ayırıb 90 dərəcə sola fırlatmaqla yazını üfqi vəziyyətə salıb, sonra dəqiq oxumağa çalışmışam. Qadın başlarının altındakı üstdən aşağı etrusk yazısıdır. Hər birinin altındakı isə onların latınca oxunmuş versiyaları. Orada bunları oxumaq olur:
ALTU
NAKİ
İNGENDCA
HARCLE
İndi şəklə diqqətlə baxın. Soldakı yəqin ki f~xana sahibəsi sol əlinin baş barmağı ilə şəhadət barmağı arasında (sonuncu şəkildə qırmızı çərçivədə) dairəvi metal pul tutub. Onu qarşısındakı cavan oğlana təklif edir.
Üz-gözündən utancaq gözəl qıza bənzəyən dizə qədər "sapojkilrədə" oturan sən demə oğlandır. Mən də yazının sirrini açandan sonra onun kişi cinsi üzvlərinə (göy dairədə) və döşlərinə (göy dairədə) diqqət yetirdim. Mənim ayaqlarım yapışmadı yerə.
Yox. Çünki vaza üstündə elə şəkillərin sirrlərini açmışam ki, (burada təqdim etmək fikrində deyiləm - ancaq kitabımda olacaq onlar) Qərbi Avropa pornosu onların yanında qələt eləsin.
***
Soldakı saqqallı kişi xanaya cinsi ehtirasını söndürmək üçün gəlib. Amma o, qadın yox, oğlan istəyir. ~Xananın sahibəsi qadın kişinin verdiyi pulu utancaq oturmuş oğlana verir. Elə sözlər də bunu deyir:
ALTU NAKİ İNGENDCA HARCLE - yəni
AL, ALTI NƏKİ İNGENDCƏ, [HAMISINI ÖZÜN] XƏRCLƏ.
Görünür gəncin qadınlar xanasına gəlməsini sahibə qiymətləndirir və müştəri kişinin verdiyi 6 ingindcənin hamısını ona verir.
Ədəbiyyat yazır ki, etruskların qızıl pullarının birnin adı İNDİGOTS adlanırdı. Mənə elə gəlir ki, eskizdə söhbət avropalıların öz dillərinə uyğun "indiqots" etdikləri elə həmin pul vahidindən gedir.
Görünür kişi bu yerin daimi müştərisidir. Və yəqin buna görə,
1. Oradakı qadınlarla yeni izdivac istəmir
2. Kişinin qarşısında durub barmaqlarının ucu ilə onun çiyninə toxunan ikinci lotu qadın :
-Sən dinmə, sahibə bilir nə edir. Anun sənə ayrıca hörməti var deyə, pıçıldayır ona.
Yəni səndən yer üçün əlavə pul istəmir. Bütün verdiyini istədiyin obyektə ödəyir ki, təki oğlanı razı salsın.
Kişi bu cür diqqətdən olduqca məmnundur.
Tariyel Azerturk
TEREF