Türkiyə ilə sərhəd açılır - Ermənistan prezidentindən mesaj

8-10-2024, 12:28           
Türkiyə ilə sərhəd açılır - Ermənistan prezidentindən mesaj
Ermənistan Azərbaycanla sülh sazişini Bakıda keçiriləcək COP29 konfransından əvvəl imzalamaq istəyir.

TNS xəbər verir ki, bunu Avropada səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib.

“Əgər məsələ yalnız bizə aid olsaydı, biz sazişi elə indi, bu gün imzalayardıq”, – deyə o, Hamburqda Davamlı İnkişaf Konfransında söyləyib və əlavə edib ki, gec-tez nəticə əldə olunacağına ümid bəsləyir. kapital bank vakansiya

Ermənistan prezidenti məlumat verib ki, Azərbaycan rəsmiləri ilə sülh sazişinin bir sıra maddələri üzrə danışıqlar davam edir.

Xaçaturyan həmçinin əlavə edib ki, Ermənistan və Türkiyə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı danışıqlar uğurla davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru