Məşhur aşpaz həbs olundu - BUNA GÖRƏ...

6-12-2024, 17:32           
Məşhur aşpaz həbs olundu - BUNA GÖRƏ...
Türkiyənin məşhur verilişi olan “Master Chef Türkiye”nin aşpazı Somer Sivrioğlu barəsində həbs qərarı verilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aşpazın restoranının önündəki istinad divarının uçması bir nəfərin ölümünə səbəb olub. Belə ki, hadisə 2022-ci ildə baş verib.

Uzun müddətdir, davam edən məhkəmə prosesində bu gün hökm oxunub.

Məhkəmə Somer Sivrioğlu və işçiləri Kazım Evirgen və Kadri Berk Camala “ehtiyatsızlıqdan ölüm və yaralamaya səbəb olduqda” maddəsi ilə 6 il 8 aya qədər həbs cəzası verib.

Daha sonra cəza 5 il 6 ay 20 günə endirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru