Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin nəticələri 30 gündə açıqlayacaq

31-12-2024, 11:27           
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin nəticələri 30 gündə açıqlayacaq
Qazaxıstanın "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələrini 30 gün ərzində təqdim edəcək.

"Kazinform" xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini, komissiya üzvü Talqat Lastayev deyib.

"Ümumilikdə standartlara görə, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir", - nazir müavini bildirib.

Lastayevin sözlərinə görə, hazırda araşdırmanın sahə mərhələsi gedir, yəni təyyarənin parçaları, qəza yerindən izlər toplanır. Bütün bunlar Aktau hava limanında xüsusi təşkil olunmuş yerə toplanır və ekspertlər toplanmış sübutları qiymətləndirirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.