Avtobusda öldü, 8 saat sonra xəbər tutdular

20-02-2025, 12:14           
Avtobusda öldü, 8 saat sonra xəbər tutdular
Türkiyənin Kayseri şəhərindən Bursaya gedən sərnişin avtobusunda 81 yaşlı sərnişin ölü tapılıb.

TEREF qafqazinfo-ya istinadən xəbər verir ki, Enver Ekiz adlı şəxsin öldüyünün səyahət boyu (8 saat ərzində) heç kim fərqinə varmayıb.

Sürücü və digər sərnişinlər onun yatdığını düşünüblər.

Sərnişinin öldüyü Bursa Avtovağzalına çatdıqda məlum olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.