Qızılbaşlar
28-03-2025, 16:04

Səfəvilər məsələsində bir çox “mütəxəssislər” qızılbaşların dini inanclarının heç də bu gün Azərbaycanda, İranda, İraqda, Livanda geniş yayılmış “kitab şiəliyi” olmadığını tamamilə gözardı edirlər. Səfəvi şahları məhz bu “kitabpərəst” şiəliyi tətbiq etmələrinə baxmayaraq, onlar özləri daha doğrusu qızılbaşlıq adlandırılan tamamilə fərqli bir şiə növünü etiqad edirdilər. Bunun səbəbi, fikrimizcə, qızılbaşlığın türklərə xas olan özünəməxsus dini cərəyan olması və Səfəvilərin fəth etdikləri torpaqlarda kitab sünniliyiNİ bu qədər “yüngül”, “xalq” variantı ilə əvəz edə bilməməsidir – eyni kitab formatı tələb olunurdu (yeri gəlmişkən, qeyd edək ki, bu məqsədi həyata keçirmək üçün Səfəvilər və iraq və Livandan şiə üləmaları gətirmişlər ölkəyə. Bax İran onlara qədər belə ölkə idi)
Qızılbaşlıq dini cərəyan kimi nə idi?
"Fransız alimləri xüsusilə qızılbaş dininin İNCƏ İSLAM PƏRDƏSİNƏ BÜRÜNMÜŞ ŞAMANİZM olduğunu sübuta yetirməyə meyllidirlər. Şəxsən mən bu fikri tamamilə səhv hesab etmirəm, lakin bu, əlbəttə ki, əlavə təsdiq tələb edir".
Q.Rota, “Orta Asiya çöllərindən...”, s.171