Növbə Mansur Yavaşa çatdı - Ankara Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaq başladılıb

24-03-2025, 16:06           
Növbə Mansur Yavaşa çatdı -  Ankara Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaq başladılıb
Son xəbərlər... Ankara Böyükşəhər Bələdiyyəsinə 2021-2024-cü illər arasında təşkil etdiyi konsertlərin 33-də ictimaiyyətə zərər vurduğu iddiası ilə 9 bələdiyyə əməkdaşının araşdırmasına icazə verilib. Bələdiyyədən verilən açıqlamada 130 konsertin ekspertizadan keçirildiyi, 33-ü ilə bağlı araşdırmaya icazə verildiyi açıqlanıb.

Ankara Böyükşəhər Bələdiyyəsi 33 konsertin ictimaiyyətə zərər verdiyi səbəbiylə araşdırılmasına icazə verib. Ankara Böyükşəhər Bələdiyyəsinin araşdırma icazəsi ilə bağlı verdiyi açıqlamada bu ifadələr yer alıb:

"2021-2024-cü illər arasında təşkil olunmuş silsilə mədəniyyət və incəsənət tədbirləri bir müddətdir ki, müfəttişlər tərəfindən araşdırılırdı. Müfəttişlər tərəfindən aparılan və 130 konserti əhatə edən xidmət satınalmaları ilə bağlı araşdırma başa çatıb. İctimaiyyətə zərər vurduğu əsas götürülərək 33 konsertin araşdırılmasına icazə verilməsi barədə qərar qəbul edilib".

9 BƏLƏDİYƏ İŞÇİSİ HAQQINDA ARAŞTIRMA KEÇİRİLİB
ABB-nin təşkil etdiyi 97 konsertlə bağlı araşdırmaya icazə verilməyib. ABB istintaqa cəlb olunan 9 əməkdaşın məhkəməyə müraciət edəcəyini açıqlayıb:

“Vurğulamaq istərdik ki, bu fəaliyyətlər Hesablama Məhkəməsinin müntəzəm yoxlamalarında və Daxili İşlər Nazirliyi tərəfindən aparılan yoxlamalarda ətraflı araşdırılıb və heç bir neqativ hal aşkar edilməyib.

Qərarın predmeti olan və barəsində araşdırma aparılan 9 bələdiyyə işçisi qanuni hüquqlarından istifadə edərək Regional İnzibati Məhkəməyə müraciət edəcək.
Kaynak:Halk TV Haber Merkezi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.