“Yeşilçam”ın mərhum aktyoru Tarık Akanın 30 illik sevgilisi, rəqqasə Acun Günay vəfat edib.
TEREF axşam.az-a istinadən bildirir ki, rəqqasə bu gün dünyasını dəyişib. Xatırladaq ki, aktyorla Günay 1987-ci ildə “Yağmur kaçakları” filmində tanış olub və T.Akanın ölümünə qədər münasibətdə olublar.
Qeyd edək ki, Tarık Akan 2016-cı ildə xərçəngdən vəfat edib.