Türkiyə prezidenti Sunayın 1969-cu ildə Bakıya səfəri – O, insanlarla hansı dildə danışıb? /NADİR VİDEO

27-03-2025, 16:38           
Türkiyə prezidenti Sunayın 1969-cu ildə Bakıya səfəri –
1960-cı illərdən etibarən Türkiyə çoxşaxəli xarici siyasət strategiyası həyata keçirib.

Bu kontekstdə Sovet İttifaqı ilə əlaqələrini yaxşılaşdırmaq üçün addımlar atılıb. Bu müddət ərzində iki dövlət arasında çoxlu yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilib.

Bu sərada Türkiyənin 5-ci Prezidenti Cevdet Sunayın 1969-cu ildə Azərbaycana səfəri maraqlıdır.

Cevdət Sunay Sovet İttifaqı Ali Sovetinin Rəyasət Heyətinin sədri Nikolay Podqornının dəvəti ilə SSRİ-yə səfərə gəlib. Səfər 12-19 oktyabr tarixlərində baş tutub. Səfər çərçivəsində Trkiyə prezidenti Leninqrad, Tbilisi və Bakıya da gəlib.

Cövdet Sunay SSRİ-yə səfər etmiş ilk türk prezidenti olub.

Sunay 1969-cu ilin dekabrında Moskvaya səfəri zamanı təyyarə ilə Bakıya gəlib.

İnternetdə Cövdet Sunayın Bakıya səfərini əks etdirən kinoxronika yayılıb. Bu görüntülərdə o zaman sovetlərə məxsus olan Azərbaycan Sovet Sosialist Respublikasının hakimiyyət orqanları və xalqı Türkiyə rəhbərini böyük sevgi və maraqla qarşılanması əks olunub.

Prezident Sunayın Bakı küçələrində gəzərək vətəndaşlarla türkcə danışması diqqətdən yayınmayıb.

Ahmed Cevdet Sunay Türkiyəni dövlət və hərbi xadimi olub. O, Türkiyənin 5-ci Prezidenti və 12-ci Baş Qərargah Rəisidir. Sunay 22 may 1982-ci ildə, 83 yaşında İstanbulda vəfat edib.

TEREF həmin görüntüləri təqdim edir:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.