Türkiyəli atletin dopinq qəbul etmədiyi açıqlanıb

29-03-2025, 15:14           
Türkiyəli atletin dopinq qəbul etmədiyi açıqlanıb
Türkiyə çempionu və 800 metr məsafəyə qaçış üzrə rekordçu milli atlet Dilek Koçak Dünya Antidopinq Agentliyi (WADA) tərəfindən təmiz olduğu üzə çıxarılıb.

Türkiyə Atletika Federasiyasının açıqlamasında Dilek Koçakın dopinq yoxlaması zamanı şübhəli maddə aşkarlandığı üçün "ehtiyatla" yarışdığı xatırladılıb.

Bildirilib ki, WADA-da keçirilən dava nəticəsində “bəraət alan” Dilek Koçak son illərdə “WADA tərəfindən bəraət alan ilk idmançı”dır.

Bəyanatda fikirləri yer alan Türkiyə Atletika Federasiyasının prezidenti Əhməd Karadağ bu açıqlamaları verib:

"Bacımız Dilek Koçak dopinq yoxlaması zamanı şübhəli maddə aşkarlandığı üçün ehtiyatla yarışırdı. Türkiyə Antidopinq Komissiyasının sədri Prof. Dr. Rüştü Günerin uzun sürən elmi araşdırmalarından və səylərindən sonra məlum oldu ki, çempion idmançımız heç bir dopinq maddəsi qəbul etməyib. Oxşar maddənin son illərdə WA-nın nəzarətində olduğu üzə çıxıb Bu xoş xəbəri eşitməkdən çox məmnunuq. Biz də bildirmək istəyirik ki, dopinqə qarşı mübarizəmiz maksimum səviyyədə davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru