Bu sənəd Türkiyənin daxili işlərinə qarışmağa yönəlib

29-03-2025, 10:44           
Bu sənəd Türkiyənin daxili işlərinə qarışmağa yönəlib
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bir gün əvvəl Ankaraya qarşı qərəzli Bəyannamə qəbul edən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin ünvanına sərt tənqidlə çıxış edib.

Demokrat.az xəbər verir ki, o, Avropa Şurasının bu strukturunun mövqeyini “hüquqi reallıqdan uzaq” adlandırıb, onun qərəzsizlik prinsipini pozduğunu vurğulayıb.

Y.Tunç sosial şəbəkədəki paylaşımında Türkiyənin hüquqi dövlət olduğunu, müstəqil məhkəmələrin fəaliyyət göstərdiyi və “hüququn aliliyi” prinsipinə hörmət edildiyini vurğulayıb.

“Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Bəyannaməsi kimi siyasi xarakterli sənədlər müstəqil məhkəmə sisteminə deyil, Türkiyənin daxili işlərinə qarışmağa yönəlib. Davam edən məhkəmə prosesləri ilə bağlı qərəzli və birtərəfli bəyanatların nazirliyin ümumi qəbul edilmiş hüquqi normaları ilə heç bir əlaqəsi yoxdur”, - deyə nazir qeyd edib.

O əlavə edib ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi siyasiləşmiş və qərəzli ritorikaya əl atır ki, bu da ona olan inamı sarsıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru