Astana və Ankara ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq barədə razılığa gəlib

Dünən, 11:14           
Astana və Ankara ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq barədə razılığa gəlib
Türkiyə Qazaxıstanla ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırmaq üçün fəaliyyətini davam etdirəcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan və Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası zamanı bildirib.

“Biz ticarət, müdafiə sənayesi, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində bu müsbət dinamikanı daha da inkişaf etdirməyə çalışırıq. Qazaxıstan bizim ən böyük ticarət tərəfdaşlarımızdan biridir. Ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq üçün işimizi davam etdirəcəyik”, - o deyib.

“Akorda”nın məlumatına görə, ötən il ikitərəfli ticarətin həcmi 5 milyard ABŞ dolları təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru