Suriyada İŞİD-in hücumu:1 türk əsgəri şəhid olub, 3-ü yaralanıb

26-11-2016, 10:17           

Türkiyə Silahlı Qüvvələrinin 1 əsgəri Suriyanın şimalında aparılan hərbi əməliyyat zamanı həlak olub, daha 3-ü yaralanıb.

Şəhid və yaralılar Türkiyəyə gətirilib.

Yaralı əsgərlərdən ikisi Kilis Dövlət Xəstəxanasına yerləşdirilib, şəhidin cənazəsi və yaralı əsgər isə hərbi helikopterlə Gaziantep Universiteti Şahinbəy Araşdırma və Tətbiqi Xəstəxanasına çatdırılıb.

Bölgədə əməliyyatlar davam edilir. Xatırladaq ki, Türkiyə ordusu avqustun 24-dən Suriyada " Fərat Qalxanı” əməliyyatını həyata keçirir. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru