"Sənə nə? Həddinizi bilin, həddinizi!" — Ərdoğandan Avropaya sərt ismarıc
27-11-2016, 00:55
Türkiyə prezidenti Avropa İttifaqına sərt ismarıc göndərib.
İstanbulda keçirilən bir tədbirdə iştirak edən Ərdoğan deyib:
"İndi Aİ-da kimsə "niyə edam qərarını bərpa etmək istəyirsiniz" deyir. Sənə nə! Bəlkə fövqəladə vəziyyəti 3 ay da uzatdıq. Sizə nə. Həddinizi bilin, hədinizi".
Prezident çıxışına davam edərək bildirib: "Mən hansısa Corcun ağzına baxıb qərar vermirəm. Mən Allaha və xalqa üz tutaraq cavab verərəm. Xalq edam qərarı istəsə, parlamentə göndərər. Parlament edam qərarı deyirsə, mənə göndərər və mən də təsdiq edərəm. İndi Aİ-da kimsə niyə edam qərarı istəyirsiz deyir. Sənə nə?!
Fövqəladə vəziyyətlə bağlı qərarı parlament təsdiqləyir. Bəlkə 3 ay bu müddəti uzatdıq. Sizə nə? Bu dövləti Avropa Parlamenti idarə edir yoxsa hökumət? Sizə nə. Həddinizi bilin, həddinizi".
Türkiyə prezidenti eyni zamanda konstitusiya dəyişikliyi və digər məsələlərə də toxunub./olke.az