"Stratfor"dan şok proqnoz: Türkiyə qlobal dəyişiklik yaradacaq
8-12-2016, 23:26
Türkiyənin milli valyuta ilə bağlı etdiyi çağırışa digər ölkələr də qoşularsa, yeni bir qlobal dəyişiklik yaşanacaq.
Axar.az xəbər verir ki, bu sözlər MKİ-nin kölgəsi kimi tanınan "Stratfor" təşkilatının məqaləsində yer alıb.
Məqalədə bildirilib ki, Türkiyədə baş verən bu prosesləri digər ölkələr yaxından izləyir və onların da bu sistemə qoşulacağı istisna edilmir:
“Rəsmi Ankaranın milli valyuta ilə bağlı strategiyası sadəcə bir ölkə çərçivəsində məhdudlaşmayıb, qlobal mənzərini dəyişdirmək riskini ortaya çıxarır. Hazırda dollara alternativ valyuta axtarıldığı zamanda bir neçə ölkənin milli vahidləri onun yerini tutmaq üçün həmlələr edir”.
Qeyd edək ki, yazıda dolların yerinə ən güclü namizəd kimi Britaniya funtu və Yaponiya yeni göstərilir.