Bank müdirəsi gözəlliyin qurbanı oldu

10-12-2016, 11:07           

Türkiyənin Samsun şəhərində bank müdiri işləyən 42 yaşlı qadın gözəlliyin qurbanı olub.

Ölkə.Az xəbər verir ki, bir uşaq anası olan Gülcan Erim bankların birində müdir çalışırmış. O, çoxdandır arıqlamaq üçün əməliyyat olmaq istəyirmiş. Daha dəqiq desək, qadın mədəsini kiçiltmək arzusunda olub. Lakin həkimlər belə ağır əməliyyatın 40 yaşından yuxarı şəxslər üçün çox təhlükəli olduğunu deyirmişlər. Türkiyə qanunları ilə də bu qadağandır.

Bu səbəbdən qadın Samsun Eğitim və Araştırma Xəstəxanasında tanıdığı həkimlərdən biri ilə sövdələşib. Əməliyyatı isə mədə yarası adı ilə qeydiyyata aldırıblar. Əməliyyatdan sonra qadının səhhətində problemlər yaranıb. Həkimlərin səyinə baxmayaraq qadın dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru