"Habertürk"un koordinatoru saxlanıldı - FETÖ ittihamı

11-12-2016, 02:05           
"Habertürk"un koordinatoru saxlanıldı - FETÖ ittihamı
Türkiyədə FETÖ şəbəkəsinin hərbi çevriliş cəhdi ilə bağlı media strukturlarında aparılan istintaq tədbirləri nəticəsində “Habertürk” televiziyasının keçmiş xəbər koordinatoru Oğuz Usluer saxlanılıb.

Axar.az xəbər verir ki, Usluer İstanbul Cümhuriyyət Prokurorluğunun təlimatı ilə polisin nəzarətinə götürülüb.

Məlumata görə, keçmiş jurnalistə FETÖ-çuların imamı olmaq maddəsi ilə cinayət işi açıldığı bildirilib.

Bundan əlavə, Usluerin xarici ölkəyə qaçmaq üçün hazırlıqlar gördüyü də bəlli olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru